Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 17 Fevral 2025 09:33
Böyük Britaniyanın Durhem Universitetinin alimləri müəyyən ediblər ki, körpələr ana bətnində olduqları zaman qarşılaşdıqları qidaları doğulduqdan sonra da bəyənirlər.
Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, araşdırmanın nəticələri "Appetite" jurnalında dərc olunub.
Araşdırmada hamiləliyin son mərhələlərində müntəzəm olaraq kələm və ya yerkökü qəbul edən anaların üç həftəlik körpələri iştirak edib. Qida üstünlüklərinin təhlili göstərib ki, yerkökü qəbul edən anaların körpələri də yerkökünün qoxusuna müsbət reaksiya veriblər, kələm qəbul edən anaların körpələri isə bu tərəvəzin qoxusuna oxşar reaksiya göstəriblər.
Bu kəşf o deməkdir ki, hamiləlik dövründə yaşıl tərəvəzlər kimi faydalı qidaların qəbulu uşaqların bu qidalara alışmasına kömək edə bilər.