Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Lenadro Andrade ''Qarabağ''dan ayrılır? - Özü açıqladı

Lenadro Andrade ''Qarabağ''dan ayrılır? - Özü açıqladı

Tarix: 18 Fevral 2025 22:24

"Adımın hansısa klubla yanaşı hallanmasını normal qəbul edirəm. Amma buradayam, yoluma burada davam edirəm".

Bu sözləri Teleqraf-a açıqlamasında "Qarabağ"ın portuqaliyalı futbolçusu Leandro Andrade transfer şayiələrinə münasibət bildirərkən deyib.

26 yaşlı bombardir Azərbaycan Premyer Liqasının XXIII turunda səfərdə "Neftçi"yə 1:0 hesabı ilə qalib gəldikləri matç barədə də danışıb: "Bu, çox çətin oyun oldu. Biz arxayın idik. Qırmızı vərəqə vəziyyətindən sonra əmin olduq ki, bu oyunda bizə böyük xarakter lazımdır".

Andrade bu nəticəni unudub Azərbaycan Premyer Liqasının XXIV turunda "Sabah"la keçirəcəkləri oyunu düşünəcəklərini bildirib: "Derbinin ardınca "Sabah"la oyunumuz var. Diqqətimizi ona yönəldəcəyik. Bu rəqibə qarşı oyunlarımız da bir başqa atmosferdə keçir. Əlimizdən gələni edib, 3 xal uğrunda mübarizə aparacağıq".

Qeyd edək ki, Kadinin gəlişindən sonra Julio Romao kimi Lenadro Andradenin də Macarıstan "Ferentsvaroş"una keçəcəyinə dair iddialar vardı.


Etiketlər:  Lenadro Andrade Qarabağdan ayrılır Özü açıqladı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ