Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 19 Fevral 2025 14:35
"Real"ın baş məşqçisi Karlo Ançelotti video köməkçi hakim (VAR) sisteminin təhlükəsi haqqında danışıb.
Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, bu barədə AS məlumat yayıb.
"VAR məsuliyyətin böyük bir hissəsini hakimin üzərindən götürür. Bu, bir az təhlükəli sistemdir. VAR oyunun epizodlarına müdaxilə etməmək üçün deyil, kobud və aşkar səhvlərdən qorunmaq üçün tətbiq edilib", - Ançelotti bildirib.
Məşqçinin sözlərinə görə, penaltilərin təyin olunduğu bir çox hücumlar oyun epizodlarıdır.
"Bunu başa düşmək çətindir", - deyə mütəxəssis əlavə edib.