Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 6 Mart 2025 08:14
Bu gün UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin növbəti oyunları keçirilib.
Sonxeber.net xəbər verir ki, günün ilk matçında "İnter" Niderlandda "Feyenoord"un qonağı olub.
Qonaqlar rəqibini 2 cavabsız qolla məğlub etməyi bacarıb - 2:0.
Bu nəticə ilə "İnter" cavab matçına üstün yollanıb.
"Bavariya" "Bayer"lə üz-üzə gəlib. Görüş meydan sahiblərinin 3:0 hesablı qələbəsi ilə başa çatıb.
"Barselona" isə "Benfika" ilə qarşılaşıb. İlk hissəsi qolsuz yekunlaşan matçın taleyini 1 qol həll edib. Görüş qonaqların minimalhesablı qalibiyyəti ilə nəticələnib.
Qeyd edək ki, 1/8 final mərhələsinin cavab qarşılaşmaları martın 11-12-də keçiriləcək.
UEFA Çempionlar Liqası
1/8 final mərhələsi, ilk oyunlar
5 mart
21:45. "Feyenoord" (Niderland) - "İnter" (İtaliya) 0:2
00:00. PSJ (Fransa) - "Liverpul" (İngiltərə) 0:1
00:00. "Bavariya" (Almaniya) - "Bayer 04" (Almaniya) 3:0
00:00. "Benfika" (Portuqaliya) - "Barselona" (İspaniya) 0:1