Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 6 Mart 2025 11:38
Fransa "Lion" klubunun baş məşqçisi Paulo Fonseka ağır cəza alıb.
Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, o, futboldan 9 aylıq uzaqlaşdırılıb.
Buna səbəb isə portuqaliyalı mütəxəssisin Liqa 1-in 24-cü turunda "Brest"lə matçda baş hakim Benoit Milyoya qarşı etdikləridir.
Fonseka Matçın 90+4-cü dəqiqəsində VAR monitorina yaxınlaşan referiya sərt reaksiya göstərib, hakim isə onu qırmızı vərəqə ilə cəzalandırıb. Məşqçi bu qərarla razılaşmayaraq hakimə hücum edib. Nəticədə o, 9 aylıq diskvalifikasiya olunub.
Paulo Fonsekaya futbolla bağlı bütün tədbirlərdə iştirak etmək qadağası qoyulub.