Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Müdafiə Nazirliyi Azərbaycan-Türkiyə-Qətər birgə hərbi təlimlərinin keçirilməsi məsələsinə aydınlıq gətirib

Müdafiə Nazirliyi Azərbaycan-Türkiyə-Qətər birgə hərbi təlimlərinin keçirilməsi məsələsinə aydınlıq gətirib

Tarix: 9 Dekabr 2019 18:18

Bakı. Samir Əli - Trend:

Azərbaycan-Türkiyə-Qətər birgə hərbi təlimlərinin keçirilməsinin mümkünlüyü barədə Müdafiə Nazirliyinin məlumatının bəzi yerli KİV-lər tərəfindən təhrif edilməsinə Müdafiə Nazirliyinin Mətbuat Xidməti tərəfindən münasibət bildirilib.

Nazirlikdən Trend-ə verilən məlumatda deyilir ki, çoxmillətli təlimlərin keçirilməsi barədə təklif ilk olaraq Türkiyə Baş Qərargahının ikinci rəisi korgeneral Metin Gürakın rəhbərlik etdiyi nümayəndə heyətinin ölkəmizə səfəri zamanı səsləndirilib:

"Eyni zamanda, onu da qeyd edək ki, Azərbaycan-Türkiyə-Qətər birgə hərbi təlimlərinin keçirilməsi məsələsi hazırda Azərbaycan Müdafiə Nazirliyinin yaxın perspektiv fəaliyyət planına daxil deyil”.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Müdafiə Nazirliyi Azərbaycan Türkiyə Qətər birgə hərbi təlimlərinin keçirilməsi məsələsinə aydınlıq gətirib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ