Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Tanınmış bəstəkar vəfat etdi

Tanınmış bəstəkar vəfat etdi

Tarix: 8 Mart 2025 18:27

Keçmiş Sovet İttifaqının tanınmış bəstəkarı Gennadi Banşçikov vəfat edib.

Sonxeber.net xəbər verir ki, bu barədə Sankt-Peterburq Bəstəkarlar İttifaqının "VKontakte" sosial şəbəkəsində məlumat verilib.

Məlumatda qeyd olunub ki, Banşçikov uzun sürən xəstəlikdən sonra 82 yaşında vəfat edib.

Gennadi Banşçikov 1943-cü il noyabrın 9-da Kazanda anadan olub. O, Moskva Konservatoriyasında təhsil alıb və 1967-ci ildə SSRİ Bəstəkarlar İttifaqına qəbul edilib. Bəstəkar 1974-cü ildən Leninqrad Konservatoriyasında dərs deyirdi. 1991-ci ildə Əməkdar artist adını allan bəstəkar 2004-cü ildə "Dostluq" ordeni ilə təltif edilib.

O, bir neçə baletlə yanaşı, "Yer üzündə məni gözləyirlər", "Leonidas haqqında mif" və "Qızıl üzük, qırmızı qızılgül buketi" filmlərinə musiqi yazıb. /Teleqraf


Etiketlər:  Tanınmış bəstəkar vəfat etdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ