Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Dələduzluğun yeni növü yayılıb - Diqqətli olun! VİDEO

Dələduzluğun yeni növü yayılıb - Diqqətli olun! VİDEO

Tarix: 9 Mart 2025 00:20

Vətəndaşlara mesajlar göndərilərək saxta keçidlərə yönləndirilir.

Sonxeber.net Xəzər TV-yə istinadən bildirir ki, son günlər belə mesajların sayı daha da artıb. Mesajlarda guya sosial şəbəkə qaydalarının pozulduğu üçün hesabın birdəfəlik silinəcəyi və bərpa prosesi üçün keçidə daxil olmaq bildirilir.

Həmin keçidlərdə vətəndaşın hesab məlumatlarını ələ keçirmək üçün saxta giriş səhifəsi qoyulur. Öz səhifəsini qorumaq niyyətilə vətəndaş öz məlumatlarını daxil etdikdə isə əksi baş verir, səhifəsi oğurlanır. Bundan sonra isə ələ keçirilən sosial şəbəkə hesabları ilə müxtəlif paylaşımlar edilir, şəxsin yaxınlarına yazılıb pul istənilir.

Ekspertlər şübhəli keçidlər vasitəsilə istifadəçi məlumatlarını qarşı tərəfə ötürməməyi tövsiyə edirlər. Əks halda, dələduzların toruna düşmək qaçılmaz ola bilər.

Daha ətraflı videomaterialı təqdim edirik.


Etiketlər:  Dələduzluğun yeni növü yayılıb Diqqətli olun VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ