Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''İnter''in oyunçusu 2 aylıq sıradan çıxdı

''İnter''in oyunçusu 2 aylıq sıradan çıxdı

Tarix: 10 Mart 2025 18:46

Polşa millisinin və İtaliyanın "İnter" klubunun futbolçusu Pyotr Zelinski 1,5 aydan 2 ayadək yaşıl meydanlardan kənarda qalacaq.

Sonxeber.net xəbər verir ki, 30 yaşlı mərkəz yarımmüdafiəçinin baldır əzələsindən xəsarət aldığı bəlli olub.

O, "Montsa"ya 3:2 hesabı ilə qalib gəldikləri A Seriyasının XXVIII turunun oyununda zədələnib. 70-ci dəqiqədə meydana çıxan futbolçu üç dəqiqə sonra əvəzlənib.

Qeyd edək ki, Pyotr Zelinski cari mövsüm "İnter"də 33 matçda meydanda olub, 2 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb. "Report"


Etiketlər:  İnterin oyunçusu aylıq sıradan çıxdı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ