Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 9 Dekabr 2019 20:56
Bakı. Trend:
ABŞ Dövlət Departamenti 2019-cu ildə Amerikaya turist və iş səyahətləri ilə əlaqəli qeyri-immiqrant vizalarından imtina ilə bağlı məlumatları açıqlayıb.
Trend-in Ermənistan KİV-lərinə istinadən məlumatına görə,
Ermənistan vətəndaşlarına 51,65% halda belə vizaların verilməsi rədd edilib. Bu göstəriciyə görə, ermənilər keçmiş Sovet İttifaqı ölkələrinin reytinqinin ortalarında yer alır.
Bu il ABŞ hökuməti SSRİ ölkələrindən ən çox Özbəkistan vətəndaşlarına (68,06%) vizaları rədd edib. Qırğızıstan 67,75%-lə ikinci, Gürcüstan isə 63,85%-lə üçüncü yerdədir.
Vizalarla bağlı ən az imtina isə Azərbaycan (25,43%), Belarus (21,93%), Estoniya (24,81%), Latviya (18,98%) və Litva (18,67%) vətəndaşlarına verilib.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin