Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 10 Dekabr 2019 01:00
Bakı. Trend:
İranın 2020-ci il üçün yeni büdcəsi neftin qiymətinin bir barrel üçün 50 dollar olacağına dair hesablamasından hazırlanıb.
Trend-in məlumatına görə, bu barədə Büdcə Planlaşdırma Təşkilatının rəhbəri Məhəmməd Baker Nobəxt deyib.
Təşkilat rəhbəri bildirib ki, İran gələn il gündəlik 1 milyon barrel ixrac edəcək. Baker Nobəxt əlavə edib ki, büdcə qoyulmuş "bir barrelin qiyməti 50 ABŞ dollar təşkil edir":
"Bu, keçən ilki büdcədə olandan 5 dollar azdır".
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin