Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 10 Dekabr 2019 09:50
Bakı. Samir Əli - Trend:
Kürdəmir Elektrik Şəbəkəsinin əməkdaşının ölümü ilə bağlı cinayət işi başlanıb.
Trend-in məlumatına görə, fakta görə Kürdəmir rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 162.2-ci (Əmək mühafizəsi qaydalarını pozma, ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır.
Xatırladaq ki, dekabrın 8-də Kürdəmir rayonunun Xırdapay kəndi ərazisində kənd sakini, 1968-ci il təvəllüdlü Əhliman Xəlilovu elektrik cərəyanı vuraraq öldürüb.
Məlumata görə, “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinə (ASC) daxil olan Kürdəmir Elektrik Şəbəkəsində usta işləmiş Ə.Xəlilov saat 19 radələrində Xırdapay kənd ərazisində beton olan elektrik xəttini təmir edərkən elektrik cərəyanı vurub və Ə.Xəlilov hadisə yerində ölüb.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin