Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

43 yaşlı aktrisa ÖLDÜ

43 yaşlı aktrisa ÖLDÜ

Tarix: 17 Mart 2025 19:05

Belçikalı aktrisa Emili Dekenn vəfat edib.

Sonxeber.net xəbər verir ki, aktrisa ötən gün 43 yaşında dünyasını dəyişib. O, xərçəngin nadir görünən növündən əziyyət çəkirdi.

Qeyd edək ki, 17 yaşında Emilinin "Rozetta" filmində canlandırdığı ilk rolu ona şöhrət qazandırıb. Həmin rola görə ona Kann Film Festivalında "Ən yaxşı qadın rolu" mükafatı təqdim olunub. 2021-ci ildə aktrisa Emmanuel Mouretin "Biz nə deyirik, nə edirik" filmindəki roluna görə "Ən yaxşı ikinci plan aktrisası" nominasiyasında "Sezar" mükafatını qazanıb. O, "Qurd qardaşlığı", "Orada əlvida", "Ocaqçı" və "Yaxın" filmlərində də çəkilib.

2023-cü ilin oktyabrında aktrisaya adrenokortikal karsinoma - böyrəküstü vəzlərinin xərçəngi diaqnozu qoyulub. Axşam.az


Etiketlər:  yaşlı aktrisa ÖLDÜ


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ