Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Dumanlı hava şəraiti ilə əlaqədar sürücülərə müraciət edilib

Dumanlı hava şəraiti ilə əlaqədar sürücülərə müraciət edilib

Tarix: 8 May 2019 17:36

Bakı. Trend:

Bakı Nəqliyyat Agentliyi (BNA) dumanlı hava şəraiti ilə əlaqədar sürücülərə müraciət edib.

BNA-dan Trend-ə verilən məlumata görə, Agentlik Bakıda və Abşeron yarımadasında müşahidə edilən dumanlı hava şəraiti ilə əlaqədar sürücülərə hərəkətdə olarkən yol və meteoroloji şəraiti nəzərə almağı, ara məsafəsini normadan artıq saxlamağı və yol nişanlarının tələblərinə riayət etmələrini tövsiyə edir.

Həmçinin piyadalardan xahiş edilir ki, Nəqliyyat Mübadilə Mərkəzlərinin ərazisində və digər yerlərdə yolun hərəkət hissələrinə çıxmasınlar, yalnız müəyyən edilmiş dayanacaq məntəqələrində avtobuslara minib düşsünlər, yolun qarşı tərəfinə keçərkən müəyyən olunan piyada keçidlərindən istifadə etsinlər.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Dumanlı hava şəraiti ilə əlaqədar sürücülərə müraciət edilib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ