Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 20 Mart 2025 18:26
İtaliyanın "Roma" klubunun futbolçusu Paulo Dibala zədələnərək mövsümü erkən başa vurub.
Sonxeber.net xəbər verir ki, 31 yaşlı hücumçu A Seriyasının XXIX turunda "Kalyari" ilə matçda sol ayağından zədə alıb.
Argentinalı oyunçu yaxın günlərdə əməliyyat olunacaq.
P.Dibalanın 3 ay yaşıl meydanlardan kənar qalması gözlənilir. "Report"