Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Bunu edəndə özümdən başqa çox şey düşündüm''

''Bunu edəndə özümdən başqa çox şey düşündüm''

Tarix: 22 Mart 2025 07:10

"Hələ səhnə üçün heç nə etməmişəm. Belə bir söz var: böyük ulduzdan soruşurlar ki, sizin repertuarınızda ən uğur gətirən, sevdiyiniz mahnı hansı olub. O, isə cavab verib ki, hələ onu oxumamışım. O cavabı mən də bəyənmişəm. Həmin cavab mənə də aiddir. Demək olar mən də hələ heç nə etməmişəm".

Sonxeber.net xəbər verir ki, bu sözləri Xalq artisti Aygün Kazımova "Qonaqcanlı" verilişində qonaq olarkən deyib. Pop kraliça amerikalı reper Snup Doqqla olan layihəsindən danışıb:

"Uşaqlıqdan arzum idi ki, Hollivuda gedəcəyəm, Hollivud ulduzu olacağam. Bu layihədə bir çox arzum biləşmişdi. Həm uşaqlıq arzum idi, həm söhbət musiqimizdən, vətənimizdən, bayrağımızdan, Azərbaycanımızdan gedirdi. Bu layihəni edəndə özümdən başqa çox şey düşündüm. Özümü düşünsəm, belə risklərə getməzdim. Özümü bir kənara qoydum. "Bu layihənin effektini, səhəri gün bizə nə qədər müsbət geridönüşlər gələr" deyə, düşünüb, bu addımı atdım. Həmişə layihələr edəndə birtərəfli baxmıram. Fikir verirəm ki, nə qədər müsbət nəticə verəcək. Kimə xoş gələ bilər, kimə gəlməz". (Axşam.az )


Etiketlər:  Bunu edəndə özümdən başqa çox şey düşündüm


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ