Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Avropa ölkələri İrana kömək edəcəklər

Avropa ölkələri İrana kömək edəcəklər

Tarix: 24 Mart 2025 12:39

Böyük Britaniya, Almaniya və Fransa Tehrana İran qarşı sanksiyalarının ləğvi məsələsində ABŞ-yə təsir göstərməyə söz veriblər.

Sonxeber.net xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Abbas Əraqçi "Xəbər-e Online"a müsahibəsində bildirib.

"Biz üç Avropa ölkəsi ilə İranın nüvə proqramı üzrə Birgə Hərtərəfli Fəaliyyət Planı əsasında eyni düstura gəlmək, həmçinin nüvə proqramına etimadı gücləndirmək və Qərb ölkələrinin sanksiyaları ləğv etmək üçün danışıqlar aparırıq. Bu sanksiyalar avropalıların yox, amerikalıların əlindədir. Avropalılar bu məsələdə amerikalılarla mübarizə aparacaqlarını deyirlər", - deyə o bildirib. /"Report"


Etiketlər:  Avropa ölkələri İrana kömək edəcəklər


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ