Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 29 Mart 2025 16:46
Dorival Junior futbol üzrə Braziliya millisi komandasının baş məşqçisi postunu tərk edib.
Sonxeber.net qaynarinfo.az-a istinadən xəbər verir ki, bu barədə Braziliya Futbol Konfederasiyasının (CBF) saytında məlumat verilib.
"Rəhbərlik mütəxəssisə təşəkkür edir və ona gələcək karyerasında uğurlar arzulayır. Bundan sonra CBF ona əvəz axtaracaq", - deyə məlumatda bildirilib.
Dorival Juniorun işdən çıxarılmasına 2026-cı il Dünya Çempionatının seçmə mərhələsi çərçivəsində Braziliyanın Argentinaya böyükhesablı (1:4) məğlubiyyəti olub. Braziliya hazırda turnir cədvəlində dördüncü yerdədir.
62 yaşlı Junior 2024-cü ilin yanvarında Braziliya millisinin baş məşqçisi vəzifəsinə keçmişdi.