Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Futbol oynamaq üçün bütün həftəni dilənirdim'' - ''Yuventus''un hücumçusu

''Futbol oynamaq üçün bütün həftəni dilənirdim'' -  ''Yuventus''un hücumçusu

Tarix: 8 May 2019 18:04

“Yuventus”un futbolçusu Moyze Kin futbola gəlişi haqda danışıb.

Qol.az xəbər verir ki, “The Player Tribune”yə açıqlamasında çətin, keçməkeşli uşaqlıq həyatı keçirdiyini deyən 19 yaşlı hücumçu futbol oynamaq üçün diləndiyini və hətta bəzən oğurluq etdiyini bildirib:

“Uşaqkən çox kasıb idik. Futbol oynamaq üçün rahibin topunu oğurlamışdım. Kilsənin arxasında 6 nəfərlik komandalarla futbol oynayırdıq. Hər bir komanda oynamaq üçün 10 avro ödəməli idi. Qalib gələn komanda yığılan pulu  qazanırdı. 10 avronu tapmaq üçün bütün  həftəni dilənirdim, oğurluq edirdim.  Astidə hər həftə bir matç vardı. Zədələnərkən ağrısam belə, özümü heç nə olmamış kimi aparırdım. Çünki heç kim kömək etməyəkdi. Futbolu belə öyrəndim. Futbolu  öyrənərkən həyatın da onun kimi enişli-yoxuşlu olduğunu öyrəndim”.

Qeyd edək ki, Moyze Kin 2016-cı ildən "Yuventus"da çıxış edir. O, 2017-2018-ci illər mövsümündə icarə əsasında “Verona”da oynayıb.

 


Etiketlər:  Futbol oynamaq üçün bütün həftəni dilənirdim Yuventusun hücumçusu


RƏYLƏR