Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 1 Aprel 2025 10:24
"Kolxeti"nin yarımmüdafiəçisi Andria Bartişvili karyerasını İtaliyada davam etdirə bilər.
Sonxeber.net publika.az-a istinadən xəbər verir ki, bu barədə insayder Nikolo Şira məlumat yayıb.
Mənbənin sözlərinə görə, 15 yaşlı gürcü ilə "Yuventus" maraqlanır. Turin klubu Bartişvilini yeni Xviça Kvaratsxeliya kimi görür. Onun potnesialı PSJ-də çıxış edən Gürcüstan futbolunun və millisinin lideri ilə müqayisə olunur.
Bartişvili 2025-ci ilin yanvarından "Kolxeti"nin ikinci komandasında çıxış edir. O, həmçinin Gürcüstanın U-17 yığmasının heyətində 4 oyunda 2 qol vurub.