Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Pakistan Prezidenti təcili xəstəxanaya çatdırıldı

Pakistan Prezidenti təcili xəstəxanaya çatdırıldı

Tarix: 1 Aprel 2025 20:15

Pakistan Prezidenti Asif Əli Zərdari vəziyyəti pisləşdiyi üçün təcili olaraq Kəraçidəki özəl xəstəxanaya yerləşdirilib.

Sonxeber.net xəbər verir ki, bu barədə Pakistan mətbuatı məlumat yayıb.

Pakistan Xalq Partiyasının (PPP) məlumatına görə, Zərdari hazırda müalicə alır və həkimlər onun vəziyyətini qiymətləndirmək üçün lazımi tibbi müayinələr aparırlar. Xəstəxananın ətrafında təhlükəsizlik tədbirləri gücləndirilib: hüquq-mühafizə orqanları müəssisənin ərazisinə icazəsiz girişi məhdudlaşdırıb.

Xəstəxanaya yerləşdirilməsindən bir gün əvvəl prezident Nəvabşahdakı iqamətgahında Ramazan bayramı namazında iştirak edib. Orada onu Milli Assambleyanın sədr müavini Qulam Mustafa Şah, əyalət naziri Əli Həsən və bir sıra qonaqlar müşayiət edib.

Xatırladaq ki, 2024-cü ildə BƏƏ-yə özəl səfəri zamanı Dubayda təyyarədən çıxarkən Zərdarinin ayağı sınıb.

Hələlik onun səhhəti ilə bağlı rəsmi açıqlama verilməyib. /"Report"


Etiketlər:  Pakistan Prezidenti təcili xəstəxanaya çatdırıldı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ