Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 1 Aprel 2025 21:40
İranın futbol millisinin sabiq qapıçısı Fəramərz Zali 83 yaşında vəfat edib.
Sonxeber.net report-a istinadən xəbər verir ki, o, karyerası ərzində yığma ilə yanaşı, ölkəsində "Pas" və "Tac" klublarının formasını geyinib.
Qeyd edək ki, F.Zali yığma ilə birlikdə 1968-ci ildə Asiya Kubokunu, 1970-ci ildə "Pas" klubunun heyətində Asiya Klublar Kubokunu qazanıb. Sözügedən komandalarla bir neçə dəfə İran çempionu və ölkə kubokunun qalibi olmuş keçmiş qapıçı 1964-cü ildə Tokioda keçirilən Yay Olimpiya Oyunlarında da iştirak edib.