Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 8 Aprel 2025 23:21
Azərbaycan səhnə danışığı sənətinin banilərindən olan görkəmli pedaqoq, alim Əzizağa Quliyev dünyasını dəyişib.
Sonxeber.net xəbər verir ki, bu barədə Azərbaycan Prodüserlər Gildiyasının sədri Müşfiq Hətəmov sosial şəbəkədə məlumat verib.
Qeyd edək ki, Əzizağa Quliyev Azərbaycan səhnə danışığının, Azərbaycan dilinin inkişafında çox böyük işlər görmüş, onlarla sənət adamının, aktyor və rejissorların yetişməsində mühüm rol oynayıb.