Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 10 Aprel 2025 15:33
Qazaxıstan Respublikasının birinci Prezidenti Nursultan Nazarbayev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Sonxeber.net xəbər verir ki, məktubda deyilir:
"Hörmətli İlham Heydər oğlu.
Müqəddəs Ramazan bayramı münasibətilə Sizi səmimi-qəlbdən təbrik edirəm.
Qoy Ramazan ayında görülmüş xeyirxah işlər və edilmiş dualar qəbul olunsun, bu bayram hər bir ailəyə xeyir-bərəkət gətirsin. Böyük Yaradanımız qəlblərimizi iman ruhu ilə işıqlandırsın, ölkələrimizə sülh, xalqlarımıza həmrəylik bəxş etsin.
Hörmətli İlham Heydər oğlu, yüksək dəyərləri aşılayan bu bayram münasibətilə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, qardaş Azərbaycan xalqına isə əmin-amanlıq və firavanlıq diləyirəm".