Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 3 May 2025 14:08
Serbiya Prezidenti Aleksandar Vuçiçin ABŞ-a səfəri zamanı səhhəti qəfil pisləşib.
Sonxeber.net xəbər verir ki, bu barədə Serbiyanın dövlət televiziyası RTS məlumat yayıb.
Məlumata görə, Vuçiç ABŞ-da keçirilməsi planlaşdırılan görüşlərini ləğv edərək təcili şəkildə Serbiyaya qayıtmaq qərarı verib. Qərar onun həkimləri ilə məsləhətləşmədən sonra qəbul olunub.
Prezidentin səhhəti ilə bağlı əlavə təfərrüatlar açıqlanmayıb.
Vuçiçin ABŞ-da Prezident Donald Trampla görüşüb-görüşmədiyi barədə hələlik rəsmi məlumat verilməyib. /APA