Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Nazir müavini: Şprislərin saxta olması iddiası ilə bağlı əhalini yanlış yola yönlətmək düzgün deyil

Nazir müavini: Şprislərin saxta olması iddiası ilə bağlı əhalini yanlış yola yönlətmək düzgün deyil

Tarix: 11 Dekabr 2019 11:16

Bakı. Elçin Mehdiyev – Trend:

Azərbaycanda istehsal olunan şprislərin standartı müəyyənləşib.

Trend-in məlumatına görə, bunu Səhiyyə nazirinin müavini Elsevər Ağayev jurnalistlərə deyib.

O qeyd edib ki, 3 hissəli şprislərin qadağan olunması ilə bağlı qadağa yoxdur: "Bu cür şprislər bütün dünyada istifadə olunur. Buna görə də 3 hissəli şprislərin saxta olması iddiası ilə bağlı əhalini yanlış yola yönlətmək düzgün deyil. Azərbaycanda istehsal olunan şprislər müqsir tələblərə görə 2 hissəlidir. Bu şprislərin standartları Azərbaycanın müvafiq institutu tərəfindən və təsdiq olunub. Biz Azərbaycana idxal olunan şprislərlə bağlı öz qurumlarımıza tapşırıq vermişik. Apteklərdə yoxlamalar aparılan zaman onlardan nümunələr götürülür və Səhiyyə Nazirliyinin laboratoriyaları tərəfindən sterilliyi bir daha yoxlanılır”.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Nazir müavini Şprislərin saxta olması iddiası ilə bağlı əhalini yanlış yola yönlətmək düzgün deyil


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ