Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 3 Iyun 2025 14:10
İğdırda ağır yol-nəqliyyat hadisəsi baş verib.
Sonxeber.net türk mediasına istinadla xəbər verir ki, "İğdırspor" futbol klubunun gənclər komandasında çıxış edən 15 yaşlı Əli Haydar Gürel motosiklet qəzası nəticəsində dünyasını dəyişib.
Hadisə ötən gün Qaraqoyunlu rayonunun Taşburun kəndi yaxınlığında qeydə alınıb. Gənc futbolçunun idarə etdiyi motosiklet yüngül ticarət avtomobili ilə toqquşub. Ətrafdakı sakinlərin xəbər verməsi ilə əraziyə təcili yardım qrupları cəlb olunub. Ağır yaralanan Əli Haydar Gürel xəstəxanaya çatdırılsa da, həkimlərin səylərinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.
Gürelin futboldakı istedadı ilə seçildiyi və "İğdırspor"un infrastrukturunda gələcək vədləyən oyunçu kimi tanındığı bildirilir.