Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bu içki qaraciyəri piylənmədən qoruyur

Bu içki qaraciyəri piylənmədən qoruyur

Tarix: 9 Iyun 2025 02:03

"Orta dərəcədə qəhvə qəbulu qaraciyərin sağlamlığına müsbət təsir edir və qaraciyərin piylənmə riskini azaldır".

Sonxeber.net xəbər verir ki, bunu amerikalı diyetoloq Kelsi Mur "WellnessPulse" nəşrinə müsahibəsində deyib.

Ekspertin sözlərinə görə, qaraciyər orqanizmdə əsas rol oynayır, qanın süzülməsinə, qida maddələrinin emalına və saxlanmasına, zəhərli birləşmələrin, o cümlədən spirt və narkotiklərin çıxarılmasına cavabdehdir. Xroniki xəstəliklərin qarşısının alınması üçün onun sağlamlığının qorunması vacibdir.

Mur diqqətə çatdırıb ki, çoxsaylı tədqiqatlar qəhvə qəbulu ilə qaraciyərin alkoqolsuz piylənməsi xəstəliyinin inkişafı riskinin azalması arasında əlaqə olduğunu göstərir:

"Bu xəstəlik əsasən tərkibində doymuş yağların çox olduğu qidaların uzun müddət istehlakı səbəbindən inkişaf edir".

Diyetoloq əlavə edib ki, qəhvə qaraciyərin fibrozuna qarşı qoruyucu təsir göstərə bilər. /Oxu.az


Etiketlər:  içki qaraciyəri piylənmədən qoruyur


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ