Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Benziadan “Qarabağ”a vida mesajı

Benziadan “Qarabağ”a vida mesajı

Tarix: 12 Iyun 2025 22:58

"Bu, karyeramda son dərəcə vacib bir fəsilin sonudur. Bütün "Qarabağ" klubuna, rəhbərliyə, məşqçilərə (cənab Qurban Qurbanov, hər şey üçün təşəkkür edirəm), personala, azarkeşlərə və əlbəttə ki, komanda yoldaşlarıma təşəkkürümü bildirmək üçün söz tapmaqda çətinlik çəkirəm".

Sonxeber.net xəbər verir ki, bu sözlər "Qarabağ"la yollarını ayıran Yassin Benziaya məxsusdur.

Əlcəzair millisinin 30 yaşlı yarımmüdafiəçisi İnstaqramda "Qarabağ"a vida paylaşımında həmçinin yazıb:

"Başımın üzərindən keçən bütün hadisələrdən sonra məhz burada yenidən oynamaq sevincini tapdım. Kuboklar qazanmaq, qol vurmaq, komanda yoldaşlarıma qol ötürmələri vermək, komandamızın Avropada parlamasına kömək etmək, milli komandaya qayıtmaq... Sadəcə hər şey üçün təşəkkür edirəm. Həmişə qəlbimdə qalacaqsınız".

Benzia 2023-c ilin yanvarından "Qarabağ"da oynayırdı. O, bu komandada 104 oyun keçirib, 28 qol vurub, 25 qolun isə ötürməsini edib.


Etiketlər:  Benziadan Qarabağa vida mesajı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ