Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 11 Dekabr 2019 16:04
Azərbaycanlı futbolçu Nicat Qurbanov Gürcüstanda növbəti qollarını vurub.
Qol.az xəbər verir ki, 1-ci liqada yarışan “Samtredia”nın şərəfini qoruyan 27 yaşlı yarımmüdafiəçi “Sioni”yə qarşı keçirilən təkrar pley-off matçında dubl edib. 4:1 hesabı ilə yekunlaşan görüşdə Nicat 38 və 71-ci dəqiqələrdə fərqlənib. Bu, onun Gürcüstan birinci liqasında ümumən 8-ci qolu olub.
Bu qələbə sayəsində (ilk matç 0:0) “Samtredia” yüksək liqaya vəsiqə qazanıb.