Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Konqo Prezidenti İlham Əliyevi təbrik edib

Konqo Prezidenti İlham Əliyevi təbrik edib

Tarix: 19 Iyun 2025 18:21

Konqo Respublikasının Prezidenti Deni Sassu-Nqesso Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Sonxeber.net xəbər verir ki, məktubda deyilir:

"Cənab Prezident.

Azərbaycan Respublikasının Müstəqillik Gününün 107-ci ildönümü münasibətilə Konqo Hökuməti və xalqı adından, şəxsən öz adımdan Zati-alinizə ən səmimi təbriklərimi çatdırmaqdan məmnunluq duyuram.

Bu xoş fürsətdən istifadə edərək, Sizə cansağlığı və xoşbəxtlik, dost Azərbaycan xalqına davamlı tərəqqi və firavanlıq arzulayıram.

Ölkələrimiz arasında əməkdaşlıq münasibətlərinin möhkəmləndirilməsi istiqamətində Zati-alinizlə birgə daha çox səy göstərməyə tam hazır olduğumu və bu işə sadiqliyimi bir daha bildirirəm.

Zati-alinizlə aramızda mövcud olan nümunəvi şəxsi dostluq münasibətlərinə əsaslanaraq, cənab Prezident, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm".

 


Etiketlər:  Konqo Prezidenti İlham Əliyevi təbrik edib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ