Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 1 Iyul 2025 20:00
"Qarabağ"ın Avstriyada keçiriləcək təlim-məşq toplanışındakı yoxlama oyunlarının vaxtı və rəqibləri müəyyənləşib.
Klubdan Sonxeber.net-a verilən məlumata görə, komanda Zell-Am-Seenin Kaprun bölgəsində 4 sınaq matçına çıxacaq.
İyulun 7-də keçiriləcək ilk görüşdə rəqib Ukraynanın "Metallist" klubu olacaq. Qarşılaşma Bakı vaxtı ilə saat 19:30-da başlayacaq.
Dörd gün sonra Ağdam təmsilçisi "Tvente" ilə iki görüşə çıxacaq. Niderland klubu ilə oyunlar saat 17:00 və 19:15-də start götürəcək.
İyulun 15-də baş tutacaq toplanışın son matçı Avstriyanın "Zalsburq" kollektivinə qarşı olacaq. Görüş saat 18:00-da başlayacaq. Qarşılaşmaların dördü də Kaprun stadionunda olacaq.
Qeyd edək ki, hazırlığa iyunun 18-də Bakıda start verən "Qarabağ" iyulun 2-dən 16-dək Avstriyada təlim-məşq toplanışı keçirəcək.