Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 3 Iyul 2025 18:32
"Qəbələ" Futbol Akademiyası fəaliyyətini dayandırıb.
Sonxeber.net xəbər verir ki, bu barədə klubun açıqlamasında bildirilir.
Açıqlamada akademiyanın fəaliyyətinin maliyyə çətinlikləri səbəbindən məhdudlaşdırıldığı qeyd olunub.
"Qəbələ" Futbol Akademiyası 2005-ci ildən etibarən fəaliyyət göstərirdi.
Qeyd edək ki, "Qəbələ" ötən mövsüm I Liqada çempion olaraq Misli Premyer Liqasına vəsiqə qazanıb.