Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Neymardan Kavaniyə gözlənilməz jest – Şəkillər

Neymardan Kavaniyə gözlənilməz jest – Şəkillər

Tarix: 12 Dekabr 2019 13:20

Çempionlar Liqasının qrup mərhələnin PSJ – “Qalatasaray” oyununda (5:0) maraqlı anlar yaşanıb.

Qol.az xəbər verir ki, hadisə parislilər penalti vurmaq hüququ qazananda baş verib. Bu zaman Neymar topu əlinə götürüb. İlk anda elə təəssürat yaranıb ki, 11 metrlik cərimə zərbəsini braziliyalı özü yerinə yetirəcək. Çünki ən son “Nant”la görüşdə (4 dekabr) də penaltini Neymar vurmuşdu. Bu dəfə isə o, topu hörmət əlaməti olaraq komanda yoldaşı Edinson Kavaniyə verib.

Edinson onun bu jestini qiymətləndirib. 84-cü dəqiqədə uruqvaylı futbolçu zərbəni dəqiq yetirəndən sonra isə onun üzərinə tullanıb təbrik edən məhz Neymar olub.

Braziliyalı oyunçunun addımı ona görə maraq doğurub ki, 2017-ci ilin sentyabrında məhz penalti vurmağa görə bu iki futbolçu arasında gərginlik yaranmışdı. “Lion”la matçda Neymar penaltini özü vurmaq istəsə də, Kavani buna mane olmuş və qeyri-dəqiqliklə yekunlaşan zərbəni özü yerinə yetirmişdi. Bundan sonra hər iki futbolçu arasında paltardəyişmə otağında münaqişə yarandığı iddia edilirdi. Başqa bir matçda (“Dijon”, 4:2) isə Neymar Kavaninin penalti vurmasına imkan verməmişdi. Bu isə azarkeşlərin narazılığına səbəb olmuşdu.






Səhifənin yuxarısına keçidYuxarı

 


Etiketlər:  Neymardan Kavaniyə gözlənilməz jest Şəkillər


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ