Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İdmançımız Yunanıstanda qızıl medal qazandı - FOTO

İdmançımız Yunanıstanda qızıl medal qazandı - FOTO

Tarix: 28 Iyul 2025 00:18

Azərbaycan təmsilçisi Əlhəm Nağıyev Yunanıstanın Volos şəhərində təşkil olunan atletika üzrə Balkan çempionatında qızıl medal qazanıb.

O, 200 metr məsafəyə qaçışı 20.70 saniyə göstərici ilə başa vurub.

Bu nəticə ilə Nağıyev ümumilikdə 19 idmançının mübarizə apardığı növdə bütün rəqiblərini qabaqlayaraq Balkan çempionatının qızıl medalına sahib çıxıb.

Qeyd edək ki, bu yarışda atletlərimizdən son dəfə Anna Skidan 2021-ci ildə qalib olmuşdu. Rüstəm Məmmədov isə bu ilin fevralında qapalı məkanda Balkan çempionatında fəxri kürsünün ən yüksək pilləsinə qalxmışdı.(report)


Etiketlər:  İdmançımız Yunanıstanda qızıl medal qazandı FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ