Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 12 Dekabr 2019 18:52
Çempionlar Liqasının qrup mərhələsinin sonuncu turunda “Bayer” üzərinə 2:0 hesablı qələbə “Yuventus”un qapıçısı Canluici Buffon üçün əlamətdar olub.
Qol.az xəbər verir ki, 41 yaşlı qolkiper Çempionlar Liqasında 51-ci “quru oyun”unu keçirib. O, bu göstəricidə “Mançester Yunayted”in sabiq qapıçısı Edvin Van der Sarı geridə qoyub. Niderlandlı futbolçu ÇL-də 50 “quru oyun” keçirib.
Buffon ən çox “quru oyun” sayında yalnız İker Kasilyasdan geri qalır. İspaniya qolkiper ÇL-də 57 oyunda qapısını toxunulmaz saxlayıb.