Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Arif Məmmədovun ölüm səbəbi məlum oldu

Arif Məmmədovun ölüm səbəbi məlum oldu

Tarix: 6 Avqust 2025 10:52

Azərbaycan Karate-Do Federasiyasının prezidenti Arif Məmmədovun ölüm səbəbi müəyyənləşib. 

Sonxeber.net xəbər verir ki, qaynarinfo-nun əldə etdiyi məlumata görə, Arif Məmmədov hər iki ağ ciyərinin zədələnməsi (Pnevmaniya) səbəbindən dünyasını dəyişib. 

Azərbaycan Karate-do Federasiyasının prezidenti, dünya və Avropa çempionu Arif Məmmədov iyul ayının əvvəlində rəhbərlik etdiyi komanda ilə Gürcüstanın Batumi şəhərində keçirilən "Batumi Open" beynəlxalq karate turnirinə yollanıb. İyul ayının 8-də qaldığı oteldə komaya düşüb və xəstəxanaya yerləşdirilib. 4 gün əvvəl Gürcüstandan Türkiyənin Trabzon şəhərindəki xəstəxanalardan birinə aparılıb və qardaş ölkədə dünyasını dəyişib. 

Arif Məmmədovun nəşi sabah Azərbaycana gətiriləcək və doğulub böyüdüyü Gəncə şəhərində dəfn ediləcək. 


Etiketlər:  Arif Məmmədovun ölüm səbəbi məlum oldu


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ