Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 13 Dekabr 2019 11:12
Avrokuboklarda qrup mərhələsinin başa çatmasından sonra UEFA reytinqi açıqlanıb.
Qol.az xəbər verir ki, Avroliqadakı təmsilçimiz "Qarabağ"ın son görüşündə “Düdelanj"la bərabərə qalması (1:1) ölkəmizin aktivinə 0,250 xal yazdırıb.
Reytinqdəki sıramız isə əvvəlki kimi 26-cıdır. “Qarabağ” ötən gün Lüksembruq təmsilçisinə qalib gəlsəydi, Azərbaycan reytinqdə bir pillə irəliləyəcəkdi. Ölkəmiz cari mövsümü 3,375 əmsalla tamamlayıb.
Son 5 ilin nəticələrinə görə hesablanan reytinqimiz isə 18,750-dir.