Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

PAŞA Bank ''İKT sahəsində qadınlar'' mövzusunda keçirilən konfransın sponsoru oldu

PAŞA Bank ''İKT sahəsində qadınlar'' mövzusunda keçirilən konfransın sponsoru oldu

Tarix: 13 Dekabr 2019 15:00

Bakı. Trend:

Ölkənin aparıcı korporativ bankı PAŞA Bank “BakuTel Tech Talks” Beynəlxalq Müzakirə Platformasının "İKT sahəsində qadınlar" sessiyasının sponsoru qismində çıxış edib. Tədbirdə PAŞA Bankı bankın Rəqəmsal məhsullar üzrə rəhbəri Səbinə Qurbanova təmsil edib.

Konfransın iştirakçıları İKT sahəsində genderlər-arası fərqin azaldılması, qadınların texniki bacarıqlarının inkişaf etdirilməsi, zərif cinsin nümayəndələrinin peşəkar inkişafına dəstək və motivasiyasının artırılması və başqa aktual məsələlərə toxunub. "İKT sahəsində qadınlar" sessiyası çərçivəsində çıxış edən ekspertlər həm yerli, həm də beynəlxalq İT bazarında uğurlu karyera quran xanım mütəxəssislərin təcrübələrini müzakirə edib.

Qeyd edək ki, “Bakutel Tech Talks” Beynəlxalq müzakirə platforması 25-ci Beynəlxalq telekommunikasiya, innovasiya və yüksək texnologiyalar sərgisi çərçivəsində keçirilib.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  PAŞA Bank İKT sahəsində qadınlar mövzusunda keçirilən konfransın sponsoru oldu


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ