Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

XİN: Ermənistan Xarici İşlər naziri ölkə daxili neqativ reaksiyadan çox qorxur

XİN: Ermənistan Xarici İşlər naziri ölkə daxili neqativ reaksiyadan çox qorxur

Tarix: 13 Dekabr 2019 18:24

Bakı. Trend:

Xarici İşlər naziri Elmar Məmmədyarovun CBC televiziya kanalına verdiyi müsahibəsinə münasibətdə Yerevanın reaksiyası olduqca qəribədir.

Bunu Trend-ə Ermənistan XİN-in mətbuat katibi Leyla Abdullayeva Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarovun CBC kanalına verdiyi müsahibəsi ilə bağlı “Ermənistanla Azərbaycan arasında aparılan danışıqlarda münaqişənin tənzimlənməsi ilə bağlı hər hansı sənəd müzakirə olunmur” açıqlamasını şərh edərkən deyib.

L.Abdullayeva deyib: "Belə çıxır ki, sanki Elmar Məmmədyarovun erməni həmkarı bir il yarımdır ki, Azərbaycan Xarici İşlər naziri və həmsədrlər görüşlərə çay içməyə gəlir. Bu ən azı qeyri-ciddidir. Anlamaq olar ki, Ermənistan Xarici İşlər naziri ölkə daxili neqativ reaksiyadan çox qorxur, çünki ondan, nazir Elmar Məmmədyarovun sözügedən müsahibəsində etdiyi kimi, mahiyyət üzrə açıqlama tələb oluna bilər. Əslində, müsahibə elə ATƏT-in Minsk Qrupunun həmsədrlərinin “əhalini sülhə çağırmaq” çağırışı kontekstində nəzərdən keçirilməlidir".

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  XİN Ermənistan Xarici İşlər naziri ölkə daxili neqativ reaksiyadan çox qorxur


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ