Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 13 Dekabr 2019 22:24
"Yuventus"un idman direktoru Fabio Paratiki futbolçusu Merih Demiralın komandadan ayrılacağı haqda yayılan xəbərlərə münasibət bildirib.
Qol.az İtaliya mətbuatına istinadən xəbər verir ki, o, türkiyəli müdafəçini göndərmək istəmədiklərini deyib: "Merihi transfer etmək istəyən klubların çox olduğunu bilirəm. Ancaq "Yuventus" olaraq fikrimiz dəyişməyib. Merih satılacaq oyunçu deyil. Əgər önəmli bir təklif gələrsə, Daniel Ruqanini satmağı düşünə bilərik".
Qeyd edək ki, M.Demirəl "Yuventus"a bu ilin yayında "Sassuolo"dan transfer olunub.