Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Mbappe dünyanın ən bahalı oyunçusudur - Ronaldo TOP-15-də yoxdur

Mbappe dünyanın ən bahalı oyunçusudur - Ronaldo TOP-15-də yoxdur

Tarix: 14 Dekabr 2019 11:44

KMPG auditor şirkəti dünyanın ən bahalı oyunçularının yeni siyahısını hazırlayıb.

Qol.az Fransa mətbuatına istinadən xəbər verir ki, 12 liqadan 5000-dən çox futbolçunun transfer dəyəri qiymətləndirilib. Siyahıya PSJ-nin futbolçusu Kilian Mbappe başçılıq edir. 21 yaşlı hücumçunun dəyəri 225 milyon avrodur.

İlk 10-luq:

1. Kilian Mbappe (PSJ) -225 milyon avro

2. Neymar (PSJ) -185 milyon avro

3. Lionel Messi ("Barselona") - 180 milyon avro

4. Eden Azar ("Real") - 152 milyon avro

5. Rahim Sterlinq ("Mançester Siti") - 150 milyon avro

6. Məhəmməd Salah ("Liverpul") - 150 milyon avro

7. Harri Keyn ("Totenhem") - 140 milyon avro

8. Sadio Mane ("Liverpul") - 130 milyon avro

9. Kevin de Bröyne ("Mançester Siti") - 130 milyon avro

10. Antuan Qrizmann ("Barselona") - 125 milyon avro

Maraqlıdır ki, Kriştiano Ronaldonun adı hətta TOP-15-ə də düşməyib.

 


Etiketlər:  Mbappe dünyanın ən bahalı oyunçusudur Ronaldo TOP 15 yoxdur


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ