Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 14 Dekabr 2019 21:08
"Barselona" La Liqada növbəti oyuna çıxıb.
Qol.az xəbər verir ki, Kataloniya klubu 16-cı turda səfərdə "Real Sosyedad"la qarşılaşıb. Matç 2:2 hesabı ilə başa çatıb.
"Real Sosyedad" - "Barselona" - 2:2
Qollar: Oyarzabal, 12-pen (1:0), Qrizmann, 38 (1:1), Suares, 48 (1:2), İsak, 62 (2:2)
Bu nəticədən sonra Ernesto Valverdenin komandası 35 xalla 1-ci pillədə qərarlaşıb. "Real" 34 xalla (15 oyun) 2-ci, "Sevilya" 31 xalla 3-cüdür.