Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 15 Dekabr 2019 11:35
Rusiyalı dietoloqlar Yeni il süfrəsində yeyilə biləcək təamlar barədə açıqlama verib.
Sonxeber.net xəbər verir ki, mütəxəssislər bəzi ən sevdiyimiz yeməklərin reseptlərini dəyişdirməyi, yeni menyu düşünməyi tövsiyə ediblər.
Dietoloq Marqarita Korolyova masaya veriləcək yeməkləri əvvəlcədən sınaqdan keçirməyi məsləhət görür. Onun sözlərinə görə, bayram yeməyi yağlı ola bilər. Bir şərtlə ki, orqanizm ona əvvəlcədən hazırlaşsın: "Gecə saatlarında yağlı ətlər yeməyin. Əvəzinə balıq və toyuq əti istifadə edin".
Sergey Oblojko isə bayram günlərində "Aralıq dənizi pəhrizi"nə riayət etməyi tövsiyə edir: "Həmin pəhriz qoz-fındıq, balıq, çox miqdarda göyərti, meyvə-tərəvəz, zeytun yağı, qatıq və dəniz məhsullarını ehtiva edir. Salatların hazırlanmasında rafinə edilməmiş yağ və limon suyundan istifadə edin".