Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Filippində zəlzələ: 37 yaralı

Filippində zəlzələ: 37 yaralı

Tarix: 16 Dekabr 2019 09:10

Filippində 6,8 bal gücündə baş vermiş zəlzələ nəticəsində azı 37 nəfər xəsarət alıb.

Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, bütün xəsarət alanlar Davao Del Sur əyalətində olub.

Daha əvvəl zəlzələ nəticəsində 16 yaşlı qızın həlak olduğu bildirilirdi.

Bildirilir ki, Davao Del Sur əyalətində elektrik enerjisinin verilməsində problemlər yaranıb. Zəlzələ həmçinin bir neçə binaya ziyan vurub.


Etiketlər:  Filippində zəlzələ 37 yaralı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ