Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 9 May 2019 15:12
Sabah Topaz Premyer Liqasında 2018/19 mövsümünə yekun vurulacaq.
Qol.az-ın məlumatına görə, çempionata səfərdə yekun vuracaq “Qəbələ” Sumqayıtda eyniadlı komandanın qonağı olacaq. Bu, komandanın “Sumqayıt”la 28-ci oyunu olacaq. Mayın 19-da Azərbaycan kubokunun Naxçıvanda keçiriləcək finalında da üz-üzə gələcək rəqiblər indiyədək yalnız Premyer Liqada görüşüblər. Əvvəlki matçlarda 17 dəfə qalib gələn “qırmızı-qaralar” 8 heç-heçə edib və yalnız 2 dəfə uduzub. Bütün oyunlarda rəqib qapısına yol tapan “Qəbələ” heç vaxt meydanı qolsuz tərk etməyib. Top fərqində “qırmızı-qaralar” böyük üstünlüyə malikdir - 47:20. “Sumqayıt”la görüşlərin ən yaxşı bombardiri Viktor Mendi 7 dəfə rəqib qapısına yol tapıb.
Komanda səfər qarşılaşmalarında da üstün durumdadır. Rəqib meydanındakı 13 oyunda 6 qələbəsi olan “Qəbələ” 5 dəfə sülhlə kifayətlənibsə, 2 dəfə səfərdən xalsız ayrılıb. Bu görüşlərdə qonaqlar 21, ev sahibləri 13 qol vurublar.