Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Azərbaycan xalqı AXC şinelindən çıxmış heç kimi dinləməməlidir - Aslan İsmayılov

Azərbaycan xalqı AXC şinelindən çıxmış heç kimi dinləməməlidir - Aslan İsmayılov

Tarix: 16 Dekabr 2019 11:16

Bakı. Alpər M. - Trend:

Bir daha əmin oldum ki, Azərbaycan xalqı AXC şinelindən çıxmış heç kimi dinləməməlidir, çünki bunların hamısın beyninin bir hissəsində bolşevik yarımkürəsi var və heç cür o düşüncədən xilas ola bilmirlər.

Trend-in məlumatına görə, bunu hüquq müdafiəçisi Aslan İsmayılov deyib.

Onun sözlərinə görə, AXC-dən (Axərbaycan Xalq Cəbhəsi - red) çıxanların heç birində özlərinə inam olmadığından istənilən dəyişikliyi ancaq inqilabda, ya da xarici qüvvələrin dəstəyində görürlər. Ona görə də yeni nəsil siyasi, ictimai şəxslərin fikirlərinə önəm verilməlidir:

"Bir daha təkrar edirəm ki, seçkilərin nəticələri insanların seçkilərdə kütləvi iştirakından, özlərinə inamından və bunun nəticəsi olaraq səslərini qorumaqlarından asılıdır. Seçkilərə bədbin münasibət sərgiləmək, onu boykot etmək dövlətə və xalqa çox ziyanlıdır və Azərbaycan xalqını ruh düşkünlüyünə, fəlakətə aparır".

Qeyd edək ki, gələn il fevral ayının 9-da Azərbaycanda növbədənkənar parlament seçkiləri keçiriləcək. Özünü demokratik qüvvələrin "Milli Şura"sı adlandıran kiçik bir müxalif kəsim isə seçkilərdə iştirak etməməklə bağlı "boykot" çağırışı edir.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Azərbaycan xalqı şinelindən çıxmış heç kimi dinləməməlidir Aslan İsmayılov


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ