Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Şəhriyar yenə sponsorsuzluqdan şikayətləndi

Şəhriyar yenə sponsorsuzluqdan şikayətləndi

Tarix: 16 Dekabr 2019 19:46

Bir müddət öncə sponsor və dəstək olmamasından şikayətlənən Şəhriyar Məmmədyarov yenidən gündəmə gəlib.

Sonxeber.net qol.az-a istinadən xəbər verir ki, bu dəfə türkiyəli yazar Dimes Hak beynəlxalq qrossmeysterimizin dəstəksiz qalması ilə bağlı Feysbukda paylaşım edib.

Hak Şəhriyara məşqçisinin olmamasını xüsusi vurğulayıb: "Şəhriyar Məmmədyarov namizədlər turnirindən kənarda qaldı. Bu onun üçün psixoloji olaraq zərbədir. Ona diqqət ayrılmamasına xüsusi diqqət çəkmək lazımdır. Məmmədyarov yarışlarda komanda yoldaşlarının köməyi ilə çıxış edir. Bu mənəvi dəstək olsa da, bəzi görüşlərdə ona məşqçi lazım olur. Bu daha peşəkar səviyyədə həll edilməlidir".

Şəhriyar özü də paylaşıma şərh verərək yazılanları acı həqiqət adlandırıb: "Sözləriniz acı həqiqətdir. Adamın "like" etməyə əli də gəlmir. "Özü yıxılan ağlamaz" deyiblər. İnşallah, hər şey yaxşı olacaq, yenidən ayağa qalxacam".


Etiketlər:  Şəhriyar yenə sponsorsuzluqdan şikayətləndi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ