Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 16 Dekabr 2019 21:46
"Neftçi"nin futbolçusu Soni Mustivar Azərbaycan Kubokunun 1/4 final mərhələsinin ilk oyununda evdə "Sumqayıt"a uduzduqları oyundan sonra brifinq keçirib. Haitili yarımmüdafiəçi öncə oyunla bağlı danışıb:
- Kifayət qədər yaxşı oynamadıq. “Sumqayıt” əks-hücumlarda yaxşı mübarizə apardı. Bir neçə şansdan istifadə edə bilmədik. Bu, əsas səbəb deyil. Biz rəqib qədər aqressiv və istəkli deyildik. Cavab oyununda biz də belə olmalıyıq.
- Çempionatda “Sumqayıt”ı hər iki oyunda məğlub etmişdiniz. Bu matçda da qalib gələcəyinizi düşünürdünüz?
- Xeyr, bu cür düşüncələr yox idi. Belə fikirlərlə meydana çıxmamışdıq. İl və mövsüm ərzində 2 dəfə qalib gəldiyimiz komandalar var. Hər bir oyuna maksimum köklənməliyik.
- Növbəti mərhələyə yüksəlmək şanslarınız azalıb?
- Deməzdim ki, şanslarımız az qalıb. Sumqayıtda ən azı 2 topla qalib gəlməliyik. 1 top vurmaq da bizi qane edəcək. Qələbə qazanmalıyıq. Bizim yaxşı oyunçularımız var və onların yaxşı üstünlükləri var. Bu da bizə qalib gəlməyə kömək edəcək.
- Emin Mahmudovsuz oynamaq çətindir?
- Emin Mahmudov əla futbolçudur. O, Premyer Liqada istənilən komandada oynaya bilər. Hər bir komanda belə futbolçunun yoxluğunu hiss edər. Ümid edirəm ki, cavab matçına qayıdacaq.
- İki hücumçunuz var və onlar ehtiyatda idi. Hücumçusuz oynamaq sizə qəribə gəlirdi?
- Bu, baş məşqçinin qərarıdır. Hörmətlə yanaşmalıyıq. Kifayət qədər futbolçularımız var və onlar ön xəttdə özlərini göstərə bilər. Bu gün belə qərar verildi.
- Ötən mövsüm “Qarabağ” “Neftçi”dən 5 xal geri idi və sonda çempion oldu. İndi siz bu komandadan 6 xal geri qalırsınız. Çempion ola biləcəksiniz?
- “Qarabağ” bunu bacarıbsa, biz niyə etməyək? (Report)