Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 16 Dekabr 2019 22:34
"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan kubokunun 1/4 final mərhələsində evdə “Keşlə”yə 1:0 hesabı ilə qalib gəldikləri ilk matçdan sonra mətbuat konfransı keçirib. Qol.az xəbər verir ki, o, əvvəlcə oyun haqda fikirlərini bildirib.
- Yaxşı oyun alındı. Bu gün yaxşı dinamika var idi. Futbolçular son dəqiqələrə qədər tempi saxladılar. Qol epizodlarımız olsa da, istifadə edə bilmədik. Qalib gəlsək də, hər şeyə cavab görüşündə aydınlıq gələcək. Bu oyun göstərdi ki, cavab matçında daha diqqətli olmalıyıq.
- Qış fasiləsində gedənlər və gələnlər olacaqmı?
- Danışıq apardıqlarımız var, axtarışlar davam edir. Amma sonda necə olacaq, bilmirik. Bəzi dəyişikliklər ola bilər.
- Beqoviç məsələsində bir yenilik var?
- Düzünü deyim, çətin görünür. Rəhbərliklə görüşüm olacaq. "Bornmut" rəhbərliyi ilə yaxşı münasibət var. Onlarla görüş olacaq. Beqoviç də qalmaq istəyir.
- Milli komandaya qayıtmaq təklifi alsanız, necə dəyərləndirərsiniz?
- Bu sualın cavabı burda qalsın. “Qarabağ”la daha yaxşı hazırlaşaq.
Bizi Feysbukda da izləyin!